27 Ekim 2021 Çarşamba Saat:
07:26
11-08-2021
  

Kərbəla Canlanır Gözlər Önündə

Eşqini dəyişmərəm, iki cəhanə.. Versələr dünyanı, üqbayı mənə

Facebook da Paylaş

 

 

 

 

 

 

 

Kərbəla canlanır gözlər önündə
Yenə arzusu qəlblərə doldu
Aşiqin məşuqa zəvvar olması
Yenə bu gözləri yollarda qoydu.
 
Ağasan Hüseyn, Kərəmin çoxdu,
Lütf eylə, bir dəfə zəvvarın olum,
Gecə və gündüz dua eylirəm
Bir gecə hərəmdə mehmanın olum.
 
Nə olar, ey əziz Ağam
Duama bir dəfə nəzər eyləsən,
Çağırsan gələrəm, yetərəm sənə
Hərəmə bir dəfə dəvət eyləsən.
 
Eşqini dəyişmərəm, iki cəhanə
Versələr dünyanı, üqbayı mənə
Deyərəm Hüseyndi şahı- dilbərim
Yoluna canımı edərəm fəda.
 
 
 
Məmmədova Sərvinaz
 
 
 
Facebook da Paylaş
YORUMLAR
Henüz Yorum Yok !
Kategorideki Diğer Haberler