Ey Zəhra bağının solmayan gülü, Müjdəni səndən duymaq istərəm.
Bir arzum var, Ya Rəbbim!
Hüseynin zəvvarı olmaq istərəm.
Öpüb, qəbri- zərihin qoxlayib,
Kərbəla mehmanı olmaq istərəm.
Allah’dan istərəm, mübtəla olam
Hüseynin yoluna can fəda edəm.
Hüseyni yaşayıb, Hüseyni ölüb,
Ölüncə yolunu getmək istərəm.
Hüseyn'can, qapında nök'ərəm, Ağa
Ləbteşnə Əsğərə qurbanam, Ağa
Qapında əbədi nökərin olub,
Sənin qapında ölmek istərəm.
Gəl, başım üstə son nəfəsimdə
Son anımda səni görmək istərəm.
Ey Zəhra bağının solmayan gülü,
Müjdəni səndən duymaq istərəm.
Məmmədova Sərvinaz